Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib

Yanvarın 18-də Pedaqoji Şuranın onlayn formatda iclası keçirilib.
İclasda məktəbin müəllim heyəti iştirak edib.
“Microsoft Teams” platforması üzərindən onlayn keçirilən iclası açan məktəbin direktoru Xanlar İmaməliyev gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb.
Gündəliyə uyğun olaraq, iclasda yarımilin sonunda keçiriləcək böyük summativ qiymətləndirmənin qaydaları, şagirdlərin yarımillik balları və sinif jurnalında müvafiq qaydada yazılması barədə konkret tapşırıqlar eyni zamanda onların yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək digər işlər haqqında ətraflı məlumat verilib.
Məktəbin direktor müavinlərinin məruzələri və sinif rəhbərlərinin hesabatları dinlənilib, müəllimləri maraqlandıran suallar məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən ətraflı cavablandırılıb və müvafiq göstərişlər verilib.