"20 Yanvar - Qəhrəmanlıq və qürur günümüzdür" adlı divar qəzetləri hazırlanıb

Yanvarın 18-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşkilatçılığı ilə məktəbin foyesində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı məktəbin “Tədbirlər Planı”na əsasən 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş "20 Yanvar - Qəhrəmanlıq və qürur günümüzdür" adlı divar qəzetləri, stendlər və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
Yaqut İslamova bildirib ki, xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğurulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.