Şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub

Yanvarın 18-də məktəbin ibtidai sinif müəllimi Kəmalə Əkbərovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı məktəbin “Tədbirlər Planı”na əsasən rəhbərlik etdiyi 1 “D” sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər və şagirdlər hazırladıqları təqdimatlarla çıxış ediblər.