“Qərənfil - şəhid qanı” mövzusunda dərs keçirilib

Yanvarın 17-də məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyeva rəhbərlik etdiyi 1 “E” sinfində təsviri incəsənət fənnindən 20 Yanvar faciəsinə həsr edilmiş “Qərənfil - şəhid qanı” mövzusunda dərs aparıb.

Şagirdlər ağ kağızda qərənfil gülünün şəklini çəkib və gülün rənginə uyğun olaraq qırmızı rənglərlə boyayıblar.

Vəfa müəllim şagirdlərə:  O gecəyədək qərənfil adi güllərdən biri idi. Toya, ziyafətə və görüşə gedənlər çiçəklərin arasında qərənfil də aparardılar. Bir vaxtlar məhəbbət rəmzi olan qərənfil həmin gecədən sonra matəm çiçəyinə, kədər və hüzn simvoluna çevrildi. 20 Yanvar faciəsi təkcə insanların deyil, həm də qərənfillərin taleyini dəyişdi. İmperiya ordusunun muzdlu qatillərinin küçələrdə günahsız yerə qətlə yetirdiyi dinc sakinlərin qan izlərinin “çiçək açdığı” hər yerə qırmızı qərənfillər səpilmişdi. O gündən qərənfillər şəhid qanının rəmzinə çevrildi.

Şagirdləri maraqlandıran suallar müəllim tərəfindən cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi