“Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimat mərasimində iştirak ediblər

Yanvarın 13-də Milli Azərbaycan Tarixi Muzeyində Bakı Şəhər İcra Hakimiyyəti “Regional İnkişaf” İctimai Birliyi ilə birgə azyaşlı uşaqlar üçün hazırlanan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində məktəbin direktoru Xanlar İmaməliyev, məktəbin bir qrup müəllim və şagird heyəti iştirak ediblər.
Mərasimdən sonra “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri şagirdlərə kitabı təqdim ediblər, onlara Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz - Vətənimizin İkinci Qarabağ müharibəsindəki Zəfəri barədə məlumat veriblər.
Sonda şagirdlər Milli Azərbaycan Tarixi Muzeyin yeni eksponatları ilə tanış olublar.