Rəsm müsabiqəsində təşəkkürnamə təqdim olunub

Keçən ilin noyabr ayı ərzində (01-30 noyabr 2021-ci il) Azərbaycan Mərkəzi Bankı İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirib.

Məktəbin 3 “C” sinif şadgirdi Toğrul Mahmudzadəyə “Sığorta uşaqların gözü ilə” mövzusunda təşkil olunmuş rəsm müsabiqəsində fəal iştirakına və təhsil aldığı 236 nömrəli tam orta məktəbə layihədə iştirakına görə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, keçirilən müsabiqənin məqsədi məktəbliləri maliyyə savadlılığının bir komponenti olan sığorta anlayışı ilə tanış etmək, onlara sığorta, onun növləri və faydaları haqqında ilkin məlumatları çatdırmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi