Bakı Ali Neft Məktəbi təşəkkür məktubu ünvanlayıb

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məktəbin direktoru Xanlar İmaməliyevə təşəkkür məktubu göndərib. Məktubda bildirilib ki, rəhbərlik etdiyiniz məktəbin 2020-2021-ci tədris ilinin məzunu Quliyev Şamil Orxan oğlu 2020-2021-ci dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək 687 bal toplayıb Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" fakültəsinə daxil olub və ali təhsil müəssisəsinin tələbəsi adını qazanıb.

Rektor ölkənin gələcək inkişafı üçün əsaslı elmi biliklərə, milli mənəvi dəyərlərə malik nümunəvi gənclərin yetişdirilməsində müəllimlərin müstəsna rolu olduğuna görə məktəb rəhbərliyinə və heyətinə dərin təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, Quliyev Şamil Orxan oğlu Dövlət İmtahan Mərkəzi  tərəfindən keçirilən ali təhsil müəsissələrinə qəbul imtahanlarında yüksək nəticə göstərdiyinə görə Prezident təqaüdünə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi