Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub

Dekabrın 30-da Səbail Rayon İcra Hakimiyyətində respublika və beynəlxalq yarışlarda yüksək nəticə əldə edən Səbail rayon məktəbliləri ilə  görüş keçirilib.

Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, müəsissənin məsul əməkdaşları, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəbin 5 “Ə” sinif şagirdi Paşam Əlizadəyə Səbail rayon yeniyetmələri arasında idman sahəsində fərqləndiyinə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev təhsildə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalova öz minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, Paşam Əlizadə dəfələrlə şahmat idman növü üzrə respublika və beynəlxalq yarışlarda yüksək nəticə əldə edərək kubok, medal, yüksək mükafatlar və müxtəlif dərəcəli diplomlarla təltif olunub. 

Məktəb rəhbərliyi və kollektivi adından Paşam Əlizadəni təbrik edirik, uğurlarının davamlı olmasını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi