“Məktəblinin dostu”nun əməkdaşları mükafatlandırılıb

Dekabrın 27-də məktəbin direktoru Xanlar İmaməliyev məktəbdə aparılan xüsusi iş prosesinin təşkilində iştirak edən “Məktəblinin dostu” layihəsinin əməkdaşlarına “Məktəblinin dostu” layihəsinin 5 illiyi və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə və eyni zamanda səmərəli fəaliyyət, xüsusi təşəbbüskarlıq və fəallıq nümayiş etdirdiklərinə görə məktəbin fəxri fərmanını təqdim edib.
Direktor məktəblinin dostlarının təkcə şagirdlərin deyil, eyni zamanda, təhsilin də dostu olduğunu söyləyib və layihədə iştirak edən əməkdaşların məktəbdə aparılan xüsusi iş prosesinin təşkilində fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.