Dama üzrə turnirin qalibləri mükafatlandırılıb

Dekabrın 25-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında dama üzrə rayon birinciliyinə yekun vurulub.
Keçirilən final oyunlarının nəticələrinə əsasən, oğlanlar arasında məktəbin 6 “C” sinif şagirdi Fuad Nəsirov birinci və məktəbin 4 “D” sinif şagirdi Yusif İbrahimli isə üçüncü yeri tutublar. Qızların yarışında isə məktəbin 7 “Ç” sinif şagirdi Elmira Abbasova ikinci yerdə qərarlaşıb.
Yarışda birinci, ikinci və üçüncü yerləri tutan iştirakçılar müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.