“Azərbaycan mirvarisi – Şuşa” adlı konsert proqramı təşkil olunub

Dekabrın 25-də məktəbin akt zalında məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 1 "Ə" sinif şagirdlərinin təqdimatında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi və eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Azərbaycan mirvarisi – Şuşa” adlı konsert proqramı təşkil olunub.

Tədbirdə məktəb rəhbərliyi, müəlim və şagird kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev kollektiv adından ölkə başçısını yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Direktor vurğulayıb ki, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və beynəlxalq aləmdə olan nüfuzu bu gün bizi daha güclü, daha xoşbəxt və daha parlaq gələcəyə doğru aparır. 44 günlük Vətən müharibəsi bu baxımdan ən böyük, ən yaddaqalan tarixi hadisələrdən biridir. O, daha sonra təşkilatçı Gülnarə Zeynalovaya keçirilən tədbirin yüksək səviyyəli təşkilinə görə öz minnətdarlığını bildirib və tamaşaçı auditoriyasını valeh edən bu möhtəşəm tamaşanın hələ uzun müddət yaddaşlarda qalacağını qeyd edib.

Konsert izləyicilər tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi