“Quşlara yuva quraq” mövzusunda maraqlı dərs keçirilib

Dekabrın 24-də məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyeva rəhbərlik etdiyi 1 "E" sinfində həyat bilgisi fənnindən “Quşlara yuva quraq” mövzusunda maraqlı dərs aparıb.
Şagirdlər dinlədiyi məlumatları həyatda gördükləri və eşitdikləri ilə əlaqələndirərək mühakimə xarakterli fikirlər irəli sürüblər. Quşların digər heyvanlardan fərqləndirən xüsusiyyətlərini sadalayıblar. Dinlədkləri mövzu barədə müxtəlif fikirləri ümumiləşdirməklə təqdim ediblər.
Vəfa müəllim şagirdlərə heyvanlara qarşı mərhəmət xarakterin yaxşılığı ilə sıx bağlı olmasını və heyvanlara qarşı qəddar olanın yaxşı insan ola bilməyəcəyini diqqətə çatdırıb.