”Sehirli nağıl quraq” mövzusunda maraqlı dərs keçirilib

Dekabrın 22-də məktəbin ibtidai sinif müəllimi Nəzakət Mansurova rəhbərlik etdiyi 0 "B" sinfində ”Sehirli nağıl quraq” mövzusunda maraqlı dərs aparıb.
Nəzakət müəllim uşaqlara obraza girməyi və səhnələşdirmə elementlərindən istifadə edərək rabitəli nağıl qurmağı öyrədib.
Uşaqlar nağılların səhnələşdirilməsində, şəxsi nağılların uydurulmasında böyük həvəslə iştirak edib. Müəllim uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafı, təşəbbüslərinin dəstəklənməsi niyyəti ilə uşaqların maraqlarına görə müxtəlif yaradıcı səhnələr tərtib edib. Uşaqlar mövzu ilə bağlı rolları paylaşıb və həmin gün fəaliyyətlərini uyğun süjet xətti ilə qurublar. Ümumi birgə fəaliyyət zamanı əməkdaşlıq, təşəbbüskarlıq və yaradıcılığın inkişafı sərgilənib.
Nağıllar aləminə səyahət uşaqların böyük marağına səbəb olub.
Müəllim dərsin sonunda şagirdlərin fəaliyyətini yüksək qiymətləndirərək onlara dərsdə fəal iştiraklarına görə sertifikat təqdim edib.