“Yaşasın cənab Prezidentimiz İlham Əliyev!” adlı rəsm sərgisi keçirilib

Dekabrın 20-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin foyesində Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Yaşasın cənab Prezidentimiz İlham Əliyev!” adlı rəsm sərgisi keçirilib.
Şagirdlərin hazırladıqları əl işlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsindəki Qələbəsinə xüsusi yer ayrılıb.
Yaqut İslamova 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbənin hərbi, siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, 27 sentyabr tarixindən başlanan Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin qazanılmasında Ali Baş Komandanımız, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və vətənpərvər oğullarımızın şücaəti, qəhrəmanlığı böyük rol oynadı.