IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Dekabrın 10-da məktəbdə IX sinif şagirdlərinin Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə sınaq qiymətləndirilməsi aparılıb.
Monitorinqdə nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub. Ana dili 30, riyaziyyat 25, ingilis dili 30 sual olmaqla iki variantda sual kitabçaları tərtib olunub. Şagirdlərə cavab kartlarının doldurulması qaydası əvvəlcədən sinif rəhbərləri tərəfindən izah olunduğuna görə heç bir çətinlik yaranmayıb.
Məktəb rəhbərliyi və nəzarətçi-müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub və imtahan vaxtında yekunlaşıb.
Monitorinqdə IX siniflərdə oxuyan 190 nəfər şagirddən 180 nəfəri iştirak edib.
Sınaq qiymətləndirilməsi saat 09:00- da başlayıb 11:30- da başa çatıb.