Səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatının qalibləri sırasında olub

Dekabrın 5-də Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi Bakıda - Dənizkənarı Bulvar və İçərişəhər ərazisində səmti müəyyənetmə idman növü üzrə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq respublika çempionatı keçirilib.
Uzun və orta məsafə üzrə keçirilən turnirdə idmançılar bir neçə yaş kateqoriyası üzrə yarışıb.
Yarışda məktəbin rus bölməsində təhsil alan 4 “E” sinif şagirdi Darya Podoqova 10 yaş kateqoriyası üzrə qadınlar arasında ikinci yerə layiq görülüb.
Darya Podoqovaya medal və diplom təqdim olunub.
Məktəb rəhbərliyi və kollektivi adından Darya Podoqovanı təbrik edirik!