Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birincisi olub

Təhsil İnstitutu tərəfindən noyabrın 14-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb. Belə ki, məktəbin 5 “Ə” sinif şagirdi Podoqov Artemiy Pavloviç respublika üzrə 5-ci siniflər arasında 1883 nəfərin iştirak etdiyi sözügedən müsabiqədə 1-ci yeri tutub.

Məktəb rəhbərliyi və kollektivi adından Podoqov Artemiy Pavloviçi təbrik edirik!

Xatırladaq ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi