Məktəbli həvəskar rəssamı tanıyaq

Məktəbin 11 “C” sinif şagirdi Teymur Mürüdlü məşhur cizgi film personajlarının rəsmini böyük zövq və ustalıqla çəkir.
Teymur artıq neçə ildir ki, rəssamlıqla məşğul olur. İstedadlı məktəbli əsasən cizgi filmi qəhrəmanlarını çəkir. Onda rəssamlıq sənətinə kiçik yaşlarından maraq yaranıb və rənkarlığın sirlərini özü öyrənib. Çəkdiyi rəsmlər arasında dünyaca məşhur cizgi filmlərinin qəhrəmanları yer alır. Fırça həvəskarı bir çox cizgi filmi qəhrəmanını tablolara köçürüb. Teymur gələcəkdə rəssamlıq istiqamətində təhsilini davam etdirmək istədiyini söyləyib.
Teymur deyir ki, “Ümumiyyətlə, hər bir rəssamın, yaradıcı insanların fərdi yaradıcılıq yolu, özünəməxsus düşüncə tərzi olmalı və onlar öz istedadları, dünyanı dərketmə qabiliyyətləri ilə insanları düşündürməyi bacarmalıdırlar.