“Mən hansı peşəni seçərdim” mövzusunda dərs keçirilib

Noyabrın 26-da məktəbin ibtidai sinif müəllimi Nüşabə Ağamirzəyeva rəhbərlik etdiyi 2 “B” sinfində həyat bilgisi fənnindən “Mən hansı peşəni seçərdim” mövzusunda dərs aparıb.
Müəllim uşaqlardan gələcəkdə hansı peşəyə yiyələnmək istədiklərini soruşub və seçimin səbəbini izah etməyi tapşırıb.
Dərsin məqsədi şagirdlərdə uğurlu peşə seçimlərinə, onların peşə seçimləri ilə bağlı fikirlərini sərbəst və məntiqli ifadə etmələrinə, bu istiqamətdə dünyagörüşlərini təkmilləşdirmələrinə kömək etməkdən ibarət olub.