Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Noyabrın 14-də Təhsil İnstitutunun təşkilatçılığı ilə məktəbin ibtidai korpusunda karantin rejiminin qaydalarına riayət olunmaqla Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib və 90 dəqiqə davam edib.

Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə məktəbdən qeyri ixtisas müəllimlər nəzarətçi qismində cəlb olunub.

Müsabiqənin keçirilməsində məqsəd II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamaq imkanı yaratmaqdan ibarət olub.

Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi