Velosiped idman növü üzrə keçirilən yarışın qalibi oldular

Noyabrın 13-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Çinar Yayımları" nəşriyyatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş Bakı şəhəri məktəblilərinin velosiped idman növü üzrə “Zəfər kuboku” adlı yarış keçirilib.

Yarışda məktəbin fiziki tərbiyə müəllimi Ülvi Mədətovun rəhbərlik etdiyi komanda qalib olaraq 1-ci yerə layiq görülüb.

Qalib komanda üzvlərinə kubok, medal və diplomlar təqdim olunub.

Məktəb rəhbərliyi və kollektivi adından Ülvi Mədətovu və rəhbərlik etdiyi komanda üzvlərini təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi