"Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib

Noyabrın 5-də məktəbin həyətyanı sahəsində böyük tən-tənə ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin direktoru Xanlar İmaməliyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təsis edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanın qətiyyəti, mahir sərkərdəlik bacarığı, ordumuzun gücü, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində Zəfər salnaməmizin ən şanlı, parlaq səhifələri yazıldı.

Tədbir məktəbin şagirdlərinin hazırladığı musiqili, ədəbi-bədii proqramı ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi