“Zəfərin mübarək, ey Vətən!” adlı tədbir keçirilib

Noyabrın 4-də məktəbin direktor müavinləri Yaqut İslamova, Sevda Rüstəmova və ibtidai sinif müəllimlərinin təşəbbüsü və təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Zəfərin mübarək, ey Vətən!” adlı tədbir keçirilib.

Tədbir məktəbin həyətyanı sahəsində məktəbin bütün ibtidai sinif şagirdlərinin iştirak ilə böyük tən-tənə ilə qeyd olunub.

İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Xanlar İmaməliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən bəhs edib və Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Tarixi Zəfərin əldə edilməsində mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu bildirən Xanlar İmaməliyev ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.

Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, rəqslər təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi