Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskuriya təşkil olunub

Oktyabrın 31-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 1 “Ə” sinif şagirdlərinin Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyası təşkil olunub.

Əvvəlcə şagirdlər qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.

Gülnarə müəllim bildirib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən mindən çox qayaüstü təsvir, mağaralar, yaşayış yeri və kurqanlar aşkar edilib və öyrənilib.

Gəzinti zamanı xatirə fotoları çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi