Şagirdlər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Oktyabrın 25-də məktəbin fiziki tərbiyə müəllimi Akifə Tahirovanın təşəbbüsü ilə 8 “B” sinif şagirdləri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkında olublar.

Daha sonra şagirdlər II Fəxri xiyabanda olub Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirələri dərin ehtiramla yad olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi