Məktəbin şəhid məzununun xatirə lövhəsinin açılış mərasimi keçirilib

Oktyabrın 25-də Vətən müharibəsi şəhidi İbrahimli Cavidan  Nizami oğlunun Bakı şəhəri 236 nömrəli tam orta məktəbdə xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Milli Məclisin deputatı Nigar Arpadarai, digər qrumların hökümət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhidlərin ailə üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Mərasim tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər diqqətə çatdıb ki, Cavidanın timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır və şəhidlərin Vətən, torpaq, yurd sevgisi, ideyası, döyüş yolu hər bir azərbaycanlı, xüsusilə də gənclər üçün örnəkdir.

Şəhidin ailə üzvləri çıxış edərək Cavidanla bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar.

Mərasimdə şagirdlərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cavidan Nizami oğlu İbrahimli ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi