“18 Oktyabr - Müstəqilliyin Bərpası Günü (1991-2021)” mövzusunda dərs keçirilib

Oktyabrın 18-də məktəbdə məktəbin tarix müəllimi Xəzər Umarovun 10 “A” sinfində tarix fənnindən Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilmiş “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü (1991-2021)” mövzusunda dərsi keçirilib.
Xəzər müəllim ölkəmizin müstəqillik uğrunda keçdiyi şərəfli yoldan, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müstəqilliyimizin bərpası və qorunması istiqamətində yorulmaz fəaliyyətindən, onun ölkəmizdə həyata keçirdiyi dölət quruculuğu və inkişaf siyasətindən danışıb. Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artdığını və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini bildirib.
O, xoşbəxt xalqıq ki, 1991-ci ildən bəri son 30 ildə ilk dəfə bu bayramı tam fərqli şəkildə - öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdiyimizi bildirib.
Şagirdlərin mövu ilə bağlı sualları müəllim tərəfindən ətraflı cavablandırılıb.