“Aşıq Ələsgər və Azərbaycan folkloru” şeir müsabiqəsi keçirilib

Oktyabrın 18-də məktəbdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda məktəbdaxili yuxarı sinif şagirdləri  arasında şeir müsabiqəsi təşkil olunub.

“Aşıq Ələsgər və Azərbaycan folkloru” şeir müsabiqəsinin qalibləri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndiriləcək. Qaliblər məktəb tərəfindən diplomla mükafatlandırılacaq.

Müsabiqənin əsasnaməsinə əsasən, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.

Onu da qeyd edək ki, aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük söz ustadı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi və təbliği istiqamətində məktəbdə açıq dərslər, ədəbi–bədii gecələr, dəyirmi masa və rəsm sərgisinin keçirilməsi nəzərdə tutulur.

Müsabiqə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən imzalanan əmrin tədbirlər planının icrasını təmin etmək məqsədilə keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi