Məktəbin məzunu ölkəmizi beynəlxalq arenada uğurla təmsil edib

Oktyabrın 16-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib.
Turnirdə yalnız kişilərdən ibarət Azərbaycan komandası iştirak edib.
Yarışda Azərbaycan cüdoçusu Balabəy Ağayev qızğın mübarizə apararaq turnirin birinci günündə medal qazanıb.
Həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayevi məğlub edən cüdoçumuz Balabəy Ağayev nüfuzlu yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, Balabəy Ağayev Bakı şəhəri 236 nömrəli tam orta məktəbin məzunu olub.
Məktəb rəhbərliyi və kollektivi adından Balabəy Ağayevi təbrik edirik!