Bakı Zooloji Parkına ekskuriya təşkil olunub

Oktyabrın 17-də məktəbin ibtidai sinif müəllimi Gülnarə Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 1 “Ə” sinif şagirdlərinin bu il yenidən qurulan Bakı Zooloji Parkına ekskuriyası təşkil olunub.
Şagirdlər zooparkdakı vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını maraqla izləyiblər.
Uşaqlara kiçik yaşlarından təbiətə sevgi hisslərini aşılamaq məqsədilə canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə Gülnarə müəllim tərəfindən ətraflı məlumat verilib.
Daha sonra şagirdlər müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və zooparkın digər sakinləri ilə tanış olub, onlarla oynayıb, maraqlı və əyləncəli vaxt keçiriblər.
Gəzinti zamanı xatirə fotoları çəkilib.