Maraqlı və əyləncəli dərs keçirilib

Oktyabrın 12-də məktəbin ibtidai sinif müəllimi Vəfa Əliyevanın rəhbərlik etdiyi 1 "E" sinfində texnologiya fənnindən “Nədən və necə düzəldirik” mövzusunda maraqlı və əyləncəli dərsi keçirilib.
Vəfa müəllim adi kağızdan çox sadə üsulla fiqurların hazırlanması texnologiyasını şagirdlərə ətraflı və əyani şəkildə izah edib.
Şagirdlər kağız zolaqlarından müxtəlif formalı elementlər hazırlayıb onları birləşdirməklə müxtəlif təsvirlər yaradıb.