Prezident təqaüdünə layiq görülüb

Sentyabrın 29-da Prezident İlham Əliyev 2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2021-2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.
236 nömrəli tam orta məktəbin 2020-2021-ci tədris ilinin məzunu, ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatlarına layiq görülən Quliyev Şamil Orxan oğlu 102 tələbədən biridir.
Qeyd edək ki, Quliyev Şamil Orxan oğlu 2020-2021-ci dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək 687 bal toplayıb Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması" fakültəsinə daxil olub.
Məktəb rəhbərliyi və kollektivi adından Şamili təbrik edirik!