27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Təhsil Nazirliyinin 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər planına əsasən, məktəbdə bu günə həsr olunan dərslər keçirilir.
Sentyabrın 27-də məktəbin həyətində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi ilə bütün dünya Azərbaycanın torpaqlarını, ərazi bütövlüyünü qoruyan güclü ordusu və onun güclü sərkərdəsi- Müzəffər Ali Baş Komandanı olduğunu gördü. Şəhidlərimizin canı və qanı bahasına azad olan torpaqlarımızı göz bəbəyi kimi qorumaq hər birimizin borcudur.
Vətən müharibəsindən söz açan qazilər söhbət əsnasında vətənimizin müdafiəsi üçün hər zaman Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hazır olduğunu məmnuniyyətlə ifadə ediblər.
Çıxış edənlər vurğulayıblar ki, şanlı ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində qalib xalq olaraq tarixə düşdük. Şəhid və qazilərimiz həmişə qəlblərdə yaşayacaq.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!