Anım Günü ərəfəsində şəhidlərimizin məzarları ziyarət edilib

Sentyabrın 24-də məktəbin riyaziyyat müəllimi Məleykə Quliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 7 "Ç" sinif şagirdləri İkinci Fəxri xiyabanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşən, Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizin məzarını ziyarət ediblər.
Şagirdlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub və şeirlər söyləyiblər.