Pedaqoji Şuranın iclası Anım Gününə həsr edilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli “Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən hər il 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Bu münasibətlə Bakı şəhəri 236 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının sentyabrın 24-də onlayn formatda keçirilən iclası 27 sentyabr - Anım Gününə və eyni zamanda 2021-2022-ci il tədris ilində qarşıda duran vəzifələrə həsr olunub.

İclasda məktəbin müəllim heyəti iştirak edib.

“Microsoft Teams” platforması üzərindən onlayn keçirilən iclası açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev bir il əvvəl adi günlərdən biri olan 27 sentyabr tarixinin 44 günlük Vətən müharibəsində böyük önəm qazandığına və hər il şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq qeyd ediləcəyinə diqqət çəkib. O qeyd edib ki, şəhidlərimizin zaman-zaman müqəddəs vətən torpağının bağrına əkdikləri azadlıq toxumlarının bir il əvvəl bir daha cücərməsi ilə qürur və qəhrəmanlıq qoxuyan günlərimizin sırasına 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü də qoşulub. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində torpaqlarımızın təcavüzkar Ermənistanın quldur ordusundan məhz 27 sentyabrdan azad edilməsinə başlanılıb. Bu tarixi zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə şəhidlərimizin qızıl qanı ilə yazılıb. Ərazi bütövlüyümüzün bərpası, milli mənliyimizin xilası uğrunda ölüm-qalım savaşına könüllü olaraq qoşulmuş minlərlə vətən övladı özünü və sağlamlığını qurban verib. Bu qəhrəmanlar hər bir Azərbaycan ailəsinin əzizinə çevrilib, hər bir azərbaycanlının övladı, qardaşı, atası, xalqımızın qüruru və iftixar mənbəyi, bugünkü və gələcək nəsillərin əbədi amalı və and yeri olub. Onların uyuduğu məkanlar müqəddəs ziyarət yerinə çevrilib.

İclasda 2021-2022-ci tədris ilinin ənənəvi qaydada təşkili zamanı görüləcək işlər, cari qiymətləndirmə meyarları və digər mühüm məsələlər müzakirə edilib.

Məktəbin direktor müavinlərinin məruzələri və sinif rəhbərlərinin hesabatları dinlənilib, müəllimləri maraqlandıran suallar məktəbin direktoru Xanlar İmaməliyev tərəfindən ətraflı cavablandırılıb və müvafiq göstərişlər verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi