"Qarabağ Azərbaycandır!" adlı rəsm müsabiqə-sərgisi keçirilib

Sentyabrın 24-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatşılığı ilə məktəbdaxili şagirdlər arasında 27 sentyabr - Anım Gününə həsr olunan "Qarabağ Azərbaycandır!" adlı rəsm müsabiqə-sərgisi keçirilib.
Rəsm müsabiqə-sərgisinin məqsədi şagirdlərdə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarət olub.
Təşkil olunmuş rəsm müsabiqə-sərgisində iştirak edən şagirdlərin əl işlərini Sizlərə təqdim edirik.