Fərqlənmə attestatına layiq görüldülər

İyulun 16-da məktəbin direktoru Xanlar İmaməliyevin təqdimatında məktəbin on üç nəfər 9-cu sinif şagirdinə ümumi orta təhsil haqqında və səkkiz nəfər 11-ci sinif məzununa tam orta təhsil haqqında fərqlənmə attestatları verilib.
Ümumi orta və tam orta təhsil səviyyəsində oxuduqları müddətdə nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, ümumi orta və tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 75 (yetmiş beş) baldan yuxarı bal toplayaraq beş qiymət alan adları aşağıda qeyd olunan on üç nəfər 9-cu sinif şagirdinə ümumi orta təhsil haqqında və səkkiz nəfər 11-ci sinif məzununa tam orta təhsil haqqında fərqlənmə attestatları təqdim olunub.
Görüşdə fərqlənmə attestatları alan şagirdlər və məzunlar çıxış edərək nailiyyətlərinə görə müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirib, daha böyük uğurlar üçün çalışacaqlarına söz veriblər.
Onu da qeyd edək ki, bu gün tam orta təhsil haqqında fərqlənmə attestatlarına layiq görülən səkkiz nəfər 11-ci sinif məzunu 9-cu sinfi bitirdikləri ildə də ümumi orta təhsil haqqında fərqlənmə attestatlarına layiq görülmüşdülər.
1. | Axundova Nərgiz Vahid qızı | 11 “A” |
2. | Axundov Akif Vahid oğlu | 11 “A” |
3. | Əbdülrəhimova Zəhra Tərlan | 11 “A” |
4. | Quliyev Şamil Orxan oğlu | 11 “A” |
5. | Tağızadə Nihat Elçin oğlu | 11 “A” |
6. | Alıyev Nicat Samir oğlu | 11 “B” |
7. | Dayızadə Fatimə Rəşad qızı | 11 “B” |
8. | Qəmbərova Dəniz Zaur qızı | 11 “B” |
9. | Lətifov Abdurəşid Vəli oğlu | 9 “A” |
10. | Sadıqov Nicat Şahin oğlu | 9 “A” |
11. | Babayeva Aybəniz Ramil qızı | 9 “B” |
12. | Qasimova Mədinə Vüqar qızı | 9 “B” |
13. | Qəribli Rəna Soltan qızı | 9 “B” |
14. | Qocazadə Aydan Rüstəm qızı | 9 “B” |
15. | Rizvanova Zəhra Mahir qızı | 9 “B” |
16. | Cəfərov Əli Vaqif oğlu | 9 “C” |
17. | Qarazadə Aydan Araz qızı | 9 “C” |
18. | Zülfüqarli Fidan Zaur qızı | 9 “C” |
19. | Əlizadə Zeynəb Hamlet qızı | 9 “Ə” |
20. | Səli̇mova Elmi̇ra Səli̇m qızı | 9 “Ə” |
21. | Abbasova Sürəyya Rişad qızı | 9 “F” |