"Çin olan arzular" adlı rəsm işi birinci yerə layiq görülüb

Hələ kiçik yaşlarından fırçasıyla möcüzələr yaradan məktəbin 11-ci sinif şagirdi Amin Əliyev dəfələrlə rəsm müsabiqələrində məktəbi uğurla təmsil edərək diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
İyunun 29-da gənc rəssamın "Çin olan arzular" adlı rəsm işi məktəbdə siniflərarası keçirilən rəsm müsabiqəsində birinci yerə layiq görülüb. O, məktəbin fəxri fərmanı ilə təltif olunub.
Amin Əliyev: “Birinci yerə layiq görülməyim məni çox sevindirdi. Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və Müzəffər Ali Baş Komandana həsr etmişəm”.
Onu da qeyd edək ki, məktəbdaxili təşkil olunmuş rəsm müsabiqəsində Aminin bir neçə rəsm işi sərgilənib.