Şahmat turnirinin qalibi olub

İyunun 25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Füzuli Rayon Gənclər və İdman İdarəsi və “İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçirilmiş Vətən Müharibəsi şəhidləri, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabir Tarverdiyev, Şakir Cəmilli, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş XTQ əsgəri Xəyal Məmmədov və “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəmil Məmmədlinin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Vətən Müharibəsi şəhidləri, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabir Tarverdiyev, Şakir Cəmilli, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş XTQ əsgəri Xəyal Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə oğlanlar arasında 236 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Paşam Əlizadə I yeri tutduğuna görə Baş İdarə tərəfindən medal və xatirə diplomu ilə mükafatlandırılib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi