Məktəbli şahmatçılar mükafatlandırılıb

İyunun 24-də Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 236 nömrəli tam orta məktəbdə məktəbli şahmatçılar arasında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş şahmat turniri keçirilib.

Silahlı Qüvvələr Günü ilə əlaqədar məktəbli şahmatçılar arasında keçirilən turnirin qalibləri dörd nominasiya üzrə mükafatlandırılıb, onlara diplom və medallar təqdim edilib.

Yarışın təşkilində əsas məqsəd istedadlı gənc şahmatçıların aşkar olunması, onların istedadlarının üzə çıxarılması üçün şəraitin yaradılması, məktəblilər arasında ünsiyyətin, o cümlədən dostluq əlaqələrinin artırılması, "Şahmat” idman növünün geniş təbliğ olunması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi