“Narkomaniya cəmiyyətin qəddar düşmənidir” adlı maarifləndirici tədbir keçirilib

İyunun 17-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və fənn müəllimlərinin təşkilatçılığı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda məktəbin yuxarı sinif şagirdləriylə “Narkomaniya cəmiyyətin qəddar düşmənidir” adlı maarifləndirici tədbir keçirilib.
Yaqut İslamova yuxarı sinif şagirdlərinin iştirak etdiyi onlayn tədbirdə çıxış edərək, narkomaniyanın dəhşətli fəsadlarından və ona qarşı aparılan mübarizə metodlarından söhbət açıb. Bildirib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi və faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bir sıra problemlər kimi narkomaniyaya qarşı da mübarizəyə diqqəti artırılıb.
Fənn müəllimləri: “Sağlam gənclik sağlam gələcəkdir. Böyüməkdə olan gənc nəsil sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq durmalıdır” çıxışlarında bildiriblər.
Mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Tədbirin sonunda narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirici videorolik nümayiş etdirilib.