Məktəbdə “Son zəng” çalınıb

İyunun 14-də məktəbdə "Son zəng" tədbiri bu dəfə mövcud pandemiya şəraitinə uyğun olaraq məktəbin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla, yalnız məktəbin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə təşkil olunub.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbiri açıq elan edən məktəbin direktoru Xanlar İmaməliyev Zəfərlə sonlanan 44 günlük Vətən müharibəsindən, dövlət başçımız cənab İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğıdan söhbət açıb, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb və 2020-2021-ci tədris ilində DİM-nin keçirdiyi buraxılış imtahanında yüksək nəticə göstərən 11-ci sinif şagirdlərini məktəbin fəxri diplom ilə təltif edib.
Daha sonra tədbirin ən həyacanlı məqamı olan 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb.