“Azərbaycan Milli Mətbəxi” rəsm müsabiqəsində iştirak ediblər

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı və "Ofisait" mağazalarının sponsorluğu ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş məktəblilər arasında “Azərbaycan Milli Mətbəxi” mövzusunda rəsm müsabiqəsi keçirilib.
"Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi əsasən “Qarabağın elat mətbəxi”, “İrəvan xanlığının elat mətbəxi”, “Azərbaycan Milli Kulinariya Mərkəzi”, “Azərbaycan Milli Mətbəxi - Azərbaycan Milli Kulinariya Assosiasiyası” adlı mövzuları əhatə edib.
236 nömrəli tam orta məktəbin adları aşağıda qeyd olunan şagirdləri sözügedən müsabiqədə əl işləri ilə iştirak ediblər.
1. | Ağamirova Mirxanım İsmayıl qızı | 1 “E” |
2. | Əliyeva Aliyə Fariz qızı | 2 “Ə” |
3. | Əhmədova Nuran Ayxan qızı | 6 “G” |
4. | Əliyeva Ləman Eyyub qızı | 6 “C” |
5. | Orucova Zümrüd Zaur qızı | 7 “A” |
6. | Səlimova Salima Səlim qızı | 7 “Ə” |
7. | Nəbili Humay Saday qızı | 8 “B” |
8. | Əmirxanova Könül Ceyhun qızı | 9 “F” |
9. | Mürüdlü Teymur Mahmud oğlu | 10 “C” |