Onlayn təşkil olunan şahmat turnirlərində qalib olub

Ötən ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevin və Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunan onlayn şahmat turnirlərinin qaliblərinin mayın 18-də mükafatlandırılması mərasimi keçirilib.

236 nömrəli tam orta məktəbin 4 “Ə” sinif şagirdi Paşam Əlizadə onlayn şahmat turnirində I və II yerləri tutduğuna görə  Diplomla təltif olunub.

Belə yarışların əsas məqsədi Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yad olunması, onların yeniyetmə və gənclərə tanıdılmasıdır.

Mayın 19-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə görkəmli şair-publisist, Azərbaycanın dövlət himninin sözlərinin müəllifi Əhməd Cavadın doğum gününə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Belə ki, bu turnirində də məktəbin 4 “Ə” sinif şagirdi Paşam Əlizadə II yeri tutduğuna görə  Diplomla təltif olunub.

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn keçirilən turnirdə də Paşam Əlizadə I yeri tutduğuna görə  Diplomla təltif olunub.

Paşamı təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi