Onlayn təşkil olunan şahmat turnirlərində qalib olub

Mayın 4-də Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, idmançı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun xatirəsinə həsr olunan onlayn  keçirilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Məktəbin 4 “Ə” sinif şagirdi Paşam Əlizadə onlayn şahmat turnirində 12 yaşadək oğlanlar arasında II yeri tutduğuna görə  Diplomla təltif olunub.

Aprelin 9-da isə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “IDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib.

Bu turnirdə də Paşam Əlizadə I yeri tutduğuna görə  Diplomla təltif olunub.

Paşamı təbrik edirik! Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi