“İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri  mükafatlandırılıb.

236 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Xatirə Talıbova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsində  fəal iştirakına görə fəxri fərmana layiq görülüb.

Xatirə Talıbova əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub.

Məktəb kollektivi adından Xatirə Talıbovanı təbrik edir və gələcək işlərində ona uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi