"Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzularında söhbətlər aparılıb

Aprelin 1-də məktəbin psixoloqu Vəcahət Əliyeva və məktəbin tibb bacısı Elmira Şirəliyevanın “Məişət zorakılığına YOX deyək”, "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzularında müxtəlif siniflərdə şagirdlərlə maarifləndirici görüşü keçirilib.
Psixoloq Vəcahət Əliyeva şagirdlərə ailə dəyərlərinin təbliği, uzunömürlü və uğurlu ailə modellərinin cəmiyyətə tanıdılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması, ailələrdə yaranan problemlərin həlli, məişət zorakılığının qarşısının alınması, reproduktiv sağlamlıq və digər mövzular haqqında məlumat verib.
O, bildirib ki, erkən nikahlar nəticə etibarilə bütövlükdə cəmiyyət üçün çox ciddi problemdir. Bunun nəticəsində təhsilsiz qadınların sayı, zorakılıq halları artır, məişət zorakılığı zəminində qətllər törədilir, boşanmaların sayı çoxalır, uşaqlar stres şəraitində böyüyürlər.
Eyni zamanda görüşdə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək üçün üç sadə qaydaya əməl etməyi - tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət etməyin zəruriliyini qeyd ediblər.