“Qələbədən sonra Novruz Qarabağda” mövzusunda məruzələr dinlənilib

Martın 19-da 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin “Microsoft Teams” platforması üzərindən onlayn formatda “Azərbaycan ədəbiyyatında Novruzun əksi”, “Novruz çərşənbələri”, “Novruz adət-ənənələri” və “Qələbədən sonra Novruz Qarabağda” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə milli adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyi, gənc nəslin bu sahədə bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti və 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən bəhs olunub. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində əzəli torpaqlarımızda yenidən bayram tonqallarının yandığını vurğulayıblar.

Şagirdlər tərəfindən maraqla qarşılanan mövzularla bağlı çoxsaylı suallar cavablandırılıb və Novruz adətləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllimlər bayram münasibətilə şagirdləri təbrik edib, xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi