IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Martın 15-də məktəbdə IX sinif şagirdlərinin Ana dili, riyaziyyat və xarici dil fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə sınaq qiymətləndirilməsi aparılıb.
Monitorinqdə nəzarətçi-müəllimlər məktəb rəhbərliyi tərəfindən qeyri-ixtisas fənlərindən təyin olunub. Hər bir fənn üzrə 30 sual olmaqla 2 variantda sual kitabçaları tərtib olunub. Şagirdlərə cavab kartlarının doldurulması qaydası əvvəlcədən sinif rəhbərləri tərəfindən izah olunduğuna görə heç bir çətinlik yaranmayıb.
İmtahan vaxtında yekunlaşıb və nəzarətçi-müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunub.