Şagirdlər yol təhlükəsizliyi barədə məlumatlandırılıblar

Martın 10-da 236 nömrəli tam orta məktəbin ibtidai siniflərində “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib.
Belə ki, şagirdlər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktik məşğələlər, mühazirə və disputlar, təşkil olunub.
Şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib, yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin edilməsində profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd olunub. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsinin əsas məqsədi yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır.
Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.
Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.